İlham Əliyev sərəncam imzaladı

18:20 | 26.08.2016
İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
ANN.Az-ın məlumatına görə, 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini təmin etmək tapşırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM