2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edildi

10:59 | 25.05.2016
2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edildi

2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilən qətnaməyə əsasən 2017-ci il dünyada "Turizmin davamlı inkişaf ili” elan edilib.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, beynəlxalq davamlı turizm ilinin qeyd edilməsinin əsas məqsədi, turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması, bu növ turizmin təbliğatının, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir.

2017-ci il dünyada "Turizmin davamlı inkişaf ili” hökumətlər, BMT-nin aidiyyəti təşkilatları, digər beynəlxalq və regional təşkilatların birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Nazirlikdən qeyd ediblər ki, "Turizmin davamlı inkişaf ili”nin Azərbaycanda qeyd edilməsi məqsədi ilə sözügedən təşkilatdan müvafiq müraciət məktubu göndərilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb