Facebook-da YENİ FUNKSİYA

21:00 | 07.09.2017
Facebook-da YENİ FUNKSİYA

Facebook-da YENİ FUNKSİYA

Facebook sosial şəbəkəsinin proqramçıları yeni funksiya tərtib ediblər.

anews.az publika.az-a istinadən xəbər verir ki, tərtib olunan "Learn2Smile" alqoritmləri görüntülü danışıq zamanı həmsöhbətin üz mimikasına uyğun şəkildə cavab vermək xüsusiyyətinə malikdir.

Layihə Skaypın süni intellekt sistemi əsasında yaradılıb və sınaq testləri zamanı insan üzündə 69 standart nöqtəni fokuslayıb. Tərtibatçılar qeyd edib ki, insanların ən kiçik emosiyalarını, rekasiyalarını belə həmin anda cavablandıra biləcək "Learn2Smile" alqoritmləri görüntülü söhbəti daha da maraqlı və əyləncəli etmək üçün hazırlanıb.

Sözügedən sistemin gələcəkdə daha da təkminləşdirilməsi nəzərdə tutulur. "Learn2Smile" alqoritmlərinə daha fərqli işarələrin əlavə olunacağı deyilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM