2018-ci ildə NƏLƏR BAŞ VERƏCƏK?

20:39 | 03.01.2018
2018-ci ildə NƏLƏR BAŞ VERƏCƏK?

2018-ci ildə NƏLƏR BAŞ VERƏCƏK?

Ayaq basdığımız 2018-ci il, gözlənildiyi kimi, beynəlxalq siyasət üçün dəyişikliklər və yeni ümidlərin növbəti ili olacaq. Bu, müxtəlif ölkələr üçün müxtəlif səbəblərlə bağlıdır. Bir sıra Avropa ölkələrində prezident seçkiləri keçiriləcək. ABŞ-da Konqresə seçkilər baş tutacaq. Prezident Donald Trampın gələcəyi bu seçkilərin nəticələrindən çox asılıdır.

2018-ci il Yaxın Şərq üçün də çox əhəmiyyətli il olacaq. İŞİD terror qruplaşmasının üzərindəki qələbədən sonra Suriyada siyasi tənzimlənmə dövrü gəlir.
Donbas münaqişəsi ilə bağlı da ümidlər çoxdur. Ölkəyə BMT sülhməramlılarının daxil edilməsi fəal şəkildə müzakirə edilir.

Publika.az 2018-ci ildə dünyada gözlənilən əsas hadisələri təqdim edir.

Avropada seçkilər

2018-ci ildə bir sıra ölkələrin vətəndaşları yeni rəhbərlərini seçəcəklər. Finlandiyada, gözlənildiyi kimi, sürprizlər olmayacaq. Ekspertlər indiki dövlət başçısı Saul Niniströnün qələbə ehtimalını yüksək qiymətləndirirlər. Onun qələbəsindən sonra Finlandiya ilə qonşusu Rusiyanın pozitiv münasibətlərində dəyişiklik gözlənilmir. Ninistö NATO ilə münasibətlərdə status-kvonun saxlanılması tərəfdarı kimi çıxış edir. Əhalinin əksəriyyəti, sorğulara əsasən, ölkənin Şimali Atlantika İttifaqına girişinə qarşı çıxır.

2018-ci ildə Avropa İttifaqının daha bir ölkəsində - Macarıstanda dövlət başçısını seçəcəklər. Seçicilərin 40 faizindən çoxu hakim "Fides” partiyasının namizədinə səs verməyə hazırdır. "Yobbik” siyasi blokuna dəstək isə iki dəfə azdır. Hər iki partiya Macarıstan xaricində, xüsusilə Ukrayna və Rumınıyada yaşayan seçicilər üçün aktiv mübarizəyə qoşulub. Miqrasiya problemi seçkiqabağı kampaniyasının gedişatında prioritet mövzudur. "Fides” kimi "Yobbik” də Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarını dəstəkləmir.

Gürcüstanda da növbəti ildə yeni prezidenti seçəcəklər. Ehtimal ki, bu, gürcü liderininn ölkə vətəndaşlarının birbaşa səsverməsi ilə seçiləcəyi son seçkilər olacaq. Bu ilin oktyabrında parlament konstitusiyaya dəyişikliklər qəbul edib. 2024-cü ildə qüvvəyə minəcək dəyişikliklərə əsasən, prezident birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçiləcək. Prezident postuna namizədlərin siyahısı hələlik məlum deyil və buna görə də Gürcüstanın 2018-ci ildən sonra hansı yolla gedəcəyi qiymətləndirmək çətindir. Prezidentliyə namizəd olmaq arzusunu parlamentin keçmiş spikeri Nino Burdjanadzen artıq səsləndirib. Seçkilərə ehtimal ki, hazırkı prezident Georgi Marqvelaşvili də gedəcək.

Müharibə və sülh arasında

Şimali-şərqi Asiyası ilə həyacanlı gözləntilər davam edir. Qarşılıqlı hərbi ritorika ABŞ və Koreya Xalq Demokratik Respublikasını hərbi toqquşma həddinə gətirib çıxarıb. Pxenyan bildirir ki, Koreya Xalq Demokratik Respublikası vuruşmaqdan çəkinməyə çalışmayacaq.

"Öz-özlüyündə müharibə artıq reallıqdır, onun başlanması yalnız zamanın məsələsidir”, - Şimali Koreyanın Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilirdi.

Vaşinqton da həmçinin, davakar bəyanatları azaltmaq niyyətində deyil.

"Biz ikinci varianta - hərbi gücün tətbiqinə tamamilə hazırıq. Amma bu proritet variant deyil. Əgər hərbi variant seçəcəyiksə, o dağıdıcı olacaq”, - daha əvvəl ABŞ prezidenti Donald Tramp deyirdi.

Ehtirasların qızğınlığını nəzərə alaraq, vəziyyət hərbi qarşıdurmaya asanlıqla bilər. Məsələ yalnız ondadır ki, nüvə silahını birinci kim – ABŞ, yoxsa Koreya Xalq Demokratik Respublikası tətbiq edəcək.

Moskva hesab edir ki, bu münaqişədə daha ağıllı olan güzəştə getməyə məcburdur. Hələlik heç bir analitik mərkəz hadisələrin nəticələrini qabaqcadan xəbər vermək iqtidarında deyil. Amma yekdil fikir bundan ibarətdir ki, genişmiqyaslı döyüş əməliyyatları bütün region üçün faciəvi nəticələrə gətirib çıxara bilər.

Və ABŞ-ın mövqeyi, görünür, dəyişməyə başlayır. Hər halda, dövlət katibi Reks Tillerson bildirib ki, ABŞ ilkin şərtlərsiz nüvə problemi üzrə Koreya Xalq Demokratik Respublikası ilə danışıqlara hazırdır. Bununla belə o qeyd edib ki, "diplomatik səylərin etibarlı hərbi alternativlərlə dəstəklənməsi əhəmiyyətlidir”.

Amerikada Tramp üçün səsvermə

2018-ci ilin noyabrında ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri yalnız ölkənin daxili siyasət çağırışını müəyyən etməyəcək, həm də beynəlxalq münasibətlər üçün böyük əhəmiyyətə malik olacaq.

Nümayəndələr Palatasında 435, senatda 33 (Senat 100 terdən ibarətdir –red.) yerə, həmçinin ştatların əksəriyyətində qubernator postuna seçkilər keçiriləcək. Respublikaçılar 2014-cü ildən hər iki palatada əksəriyyəti saxlayırlar, ancaq qarşıdakı kampaniya "fillər” üçün böyük çağırış vəd edir. Prezident seçkilərinə "Rusiya müdaxiləsi”, "Obamacare”, vergi islahatı, cinsi təcavüzlərdə ittihamlar və partiya daxili ziddiyyətlər respublikaçıların mövqelərini xeyli zəiflədib. Bu, xüsusilə, Nümayəndələr Palatasına seçkilər üzrə proqnoza aiddir.

Trampın özü ötən ilin son həftələrində hər şeyi etməyə çalışırdı ki, onun reytinqinin tarixi düşməsi fonunda partiyanın sponsorları respublikaçılardan üz döndərməsinlər. Vergi islahatı, görünür, böyük koorparasiyalar tərəfindən bəyəniləcək. Prezident seçkiqabağı vədi yerinə yetirərək Qüdsü İsrailin paytaxtı kimi tanıdı.

Bombardmanlardan danışıqlara

2017-ci ildə İraq və Suriyada terrorizmlə mübarizə üzrə dönüş ili oldu. İraq hakimiyyəti ölkə ərazisinin İŞİD terrorçulardan tamamilə azad edildiyini bəyan edib. Rusiyanın açıqlamasına görə, İŞİD-in əlində Suriya ərazisinin 5 faizindən də az hissəsi qalır. Və bütün bunlara əsaslanaraq hesab etmək olar ki, 2018-ci ildə Suriyada terrorçularla mübarizə başa çatacaq.

Bununla əlaqədar olaraq, 2018-ci ildə siyasi tənzimləmə daha da aktual olacaq. Cenevrə danışıqların əsas meydançası olaraq qalır. Burada danışıqlar BMT-nin himayəsi altında aparılır. Danışıqlar Dəməşq üçün qəbuledilməz ilkin şərtlər irəli sürən bəzi müxalifət qruplarının cəhdləri ilə əlaqədar olaraq hiss olunan nəticələr vermir. Xüsusi halda, bu şərtlərə Suriya prezidenti Bəşər Əsədin istefası da daxildir.

Siyasi nizama salınma istiqamətində əhəmiyyətli addımlardan biri yanvarın 29-30 tarixlərində Rusiyanın Soçi şəhərində keçiriməsi planlaşdırılan Suriya Xalqlarının Milli Konqresi olacaq.

BMT sülhməramlıları Donbasda

2018-ci ilin ən əhəmiyyətli gözlənilən hadisələrdən biri Ukraynanın şərqində BMT-nin silahlı sülh missiyasının daxil edilməsidir. Daha əvvəl belə təşəbbüslə Rusiya prezidenti Vladimir Putin çıxış edib. Onun sözlərinə görə, sülhməramlılar ATƏT-nin müşahidəçilərinin mühafizəsi üçün Ukrayna ordusu ilə separatçılar arasındakı təmas xəttində yerləşdirilə bilər.

Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib ki, Kiyev, Vaşinqton, Berlin və Paris sülhməramlılarla bağlı BMT-nin qətnamə layihəsini praktik olaraq hazırlayıblar. Ancaq bu sənədlə bağlı tərəflərin mövqeləri güclü fərqlənir. Moskvadan fərqli olaraq, Kiyev sülhməramlıların təmas xəttində deyil, Rusiya-Ukrayna sərhədində yerləşdirilməsini təklif edir. Kiyevə görə, bu, silah-sursat və muzdluların Rusiyadan Donbasa axınının qarşısını kəsə bilər.
Bununla belə, Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi münaqişənin nizama salınması və hərbi mərhələdən siyasi mərhələyə keçid üçün əhəmiyyətli ola bilər.

Kastro dövrünün sonu

Kuba Dövlət Şurasının sədri Raul Kastro 2018-ci ildə istefaya gedəcək. Dövlət Şurasının yeni tərkibi və başçısının seçkiləri daha əvvəl planlaşdırıldığı kimi fevralın 24-də deyil, aprelin 19-da keçiriləcək. Parlament Kastronun səlahiyyət müddətini iki ay uzadıb.

86 yaşlı Kastro 2008-ci ildən – Kuba inqilabının lideri olan böyük qardaşı Fidel Kastronun istefasından sonra Dövlət Şurasının sədri vəzifəsini tuturdu. O, 2011-ci ildə Kuba Kommunist Partiyasının baş katibi seçilib.

Raul Kastro 2013-cü ildə Dövlət Şurasının başçısı postuna yenidən seçilməsindən sonra bildirmişdi ki, 2018-ci il seçkilərdə öz namizədliyini irəli sürməyəcək.

Ekspertlərin qiymətləndirmələrinə görə, Dövlət Şurasının sədrinin 57 yaşlı birinci müavin Migel Dias-Kanel Kubanın yeni liderinin postuna ən ehtimal edilən namizəddir. Baxmayaraq ki, bu insan Kuba Siyasi Bürosunun "köhnə qvardiya”sına aid deyil, onun əhval-ruhiyyəsini çətin ki, liberal adlandırmaq olar. O, xüsusi halda, dəfələrlə Vaşinqtonun ünvanına olduqca kəskin bəyanatlarla çıxış edib.

Dias-Kanelə müxalifətin nümayəndələri nəzəri olaraq rəqabət təşkil edə bilərdilər. Ancaq müxalifət parçalanıb, onun əhəmiyyətli onun hissəsi hesab edir ki, seçkilərdə iştirak heç nə verməyəcək. Ona görə də ən yaxın illərdə Kubanın siyasi kursu, yəqin ki, sosializm qalacaq.

Rusiyaya qarşı sanksiyalar

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların tətbiqi anından dörd ilə yaxın vaxt keçdi. Və Avropa İttifaqının daxilində sanksiyaların ləğvi haqqında danışıqlar praktik olaraq həmin vaxtdan vaxtaşırı meydana çıxır. Yəqin, bu haqda danışıqlar 2018-ci ildə də gedəcək.

Macarıstan, Yunanıstan, İspaniya, İtaliya və Kipr kimi ölkələrin siyasətçiləri sanksiyalara qarşı tez-tez çıxırlar. Məhdudlaşdırıcı ölçülərin zərəri haqqında Avropanın ağırçəkili oyunçuları olan Almaniya və Fransanın işgüzar dairələri də danışır. Amma bütün bunlar hələlik yalnız söz olaraq qalır. Avropa İttifaqının bütün dövlətləri həmrəylik prinsipinin pozulmaması üçün bir qayda olaraq sanksiyaların uzadılmasına səs verirlər. Və gözəgörünən perspektivdə, yəqin ki, hansısa "qiyamlar” gözlənilmir.

Ömər Dağlı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb