İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi

12:07 | 27.01.2018
İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi

İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib.

anews.az xəbər verir ki, dövlət başçısı məktubda Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar koreyalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Koreya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb