Prezident İlham Əliyev VACİB SƏRƏNCAM İMZALADI

17:52 | 01.11.2019
Prezident İlham Əliyev VACİB SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev VACİB SƏRƏNCAM İMZALADI

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.
 
Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Sərəncamına dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
 
Sərəncamla, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının sədri şahin Mustafayev təyin olunub. Ondan öncə isə bu vəzifəni Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirirdi.
 
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi aşağıdakı kimidir:
 
Komissiyanın sədri:
 
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
 
Komissiyanın üzvləri:
 
Azərbaycan Respublikasının energetika naziri
 
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
 
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
 
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
 
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
 
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
 
Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb