Sabaha olan hava proqnozu

20:00 | 29.06.2020
Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

30 iyunda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Anews.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Cənub küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 27-31, Bakıda gecə 19-21, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM