Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı açıqlama verdi - VİDEO

09:04 | 31.01.2022
Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı açıqlama verdi - VİDEO

Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı açıqlama verdi - VİDEO

CHP lideri Kamal Kılıçdaroğlu Trabzonda açılış mərasimində onu"xain” adlandıran  uşaqla bağlı verdiyi açıqlamada "balaca uşağımızla bağlı xəbəri paylaşmayın, pis söz söyləməyin" deyə müraciət edib. 
 
Trabzonda Berat Can Gürsoy adlı azyaşlı mikrofonu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan alaraq  "Bəy Kamal Prezident əmimin qarşısında kimdir ki? O adam xaindir, xain” demişdi.
 


Kılıçdaroğlu daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, uşaqla pedaqoqiqa qanunlarının imkan verdiyi çərçivədə rəftar edilməlidir. 

"Mənzərə məni çox məyus etdi. Dostlarım da paylaşmışdı. Paylaşımları sürətlə silin. O uşağın, o gözəl övladımızın heç bir qəbahəti yoxdur. Videonu izləyəndə təşviş keçirdim. Belə bir şey başıma gəlməmişdi. Mənim bütün cəhdlərim övladlarımıza gözəl Türkiyə qoymaqdır. Kindən, qəzəbdən uzaq, hamını sevgi ilə qucaqlayan, təbiəti sevən gənclərin bu ölkənin gələcəyi və ümidi olduğu bir Türkiyəni ayağa qaldırmaq istəyirəm”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb