2023-cü ildə müharibə əlilərinə verilən avtomobillərin sayı açıqlanıb

11:40 | 16.01.2024
2023-cü ildə müharibə əlilərinə verilən avtomobillərin sayı açıqlanıb

2023-cü ildə müharibə əlilərinə verilən avtomobillərin sayı açıqlanıb

2023-cü ildə Azərbaycanda müharibə əlillərinə 474 avtomobil verilib. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev açıqlayıb.

" Ötən il 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. 20,6 min şəxs üçün məşğulluq tədbirləri görülüb, onlardan 10,4 min şəxs özünüməşğulluq programına cəlb edilib. 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, 6 min mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə təqdim edilib. İndiyədək imtiyazlı şəxslərə 14,8 min mənzil verilib",- nazir müavini yanvarın keçirdiyi 16-da 2023- cü ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib. 
 
Onun sözlərinə görə, 2023-cü il yanvarın 1-nə imtiyazlı şəxslərə 7 600 avtomobil verilib.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM