Havanın temperaturu dəyişir - Xəbərdarlıq

16:02 | 14.03.2024
Havanın temperaturu dəyişir - Xəbərdarlıq

Havanın temperaturu dəyişir - Xəbərdarlıq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.


Qeyd olunub ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.


Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM