3 evin həyətinə mərmi atıldı - 2 yaralı

17:34 | 19.10.2016
3 evin həyətinə mərmi atıldı - 2 yaralı

3 evin həyətinə mərmi atıldı - 2 yaralı

Türkiyənin Osmaniyə vilayətində Amanos dağı ətəklərindəki 2 məhəlləyə 3 mərmi gülləsi atılıb. 

ANN.AZ "Doğan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, 3 evin həyətinə düşən merminin partlaması nəticəsində ana ilə oğlu yaralanıb.
Hadisə bu gün yerli vaxtla 16:45 radələrində baş verib. PKK terror təşkilatının gizləndiyi Amanos dağının ətəklərinə yaxın olan yerlərə 3 ayrı nöqtədən hava mərmisi atılıb. Mərmilər 3 evin bağçasına təsadüf edib. Hadisə nəticəsində yaralanan ana və oğlu rayon xəstəxanasına aparılıb.

Osmaniye Valisi Kerem Al və ərazi üzrə polis idarəsinin rəhbərliyinin verdiyi açıqlamada bildirilib ki, hazırda terrorçuların axtarılması istiqamətində işlər davam etdirilir.

Kamil ƏMİRLİ


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb