30 moda nəhəngindən möhtəşəm "2015-Bahar" kolleksiyası FOTOLAR

21:00 | 01.10.2014
30 moda nəhəngindən möhtəşəm "2015-Bahar" kolleksiyası FOTOLAR

30 moda nəhəngindən möhtəşəm "2015-Bahar" kolleksiyası FOTOLAR

1. CélineKürklərlə və toxunma işləriylə bəzədilmiş hörgü paltarlar, yaratdıqları vəhşi və şirin atmosferlə kolleksiyanın ən çox diqqət çəkən parçalarından olacaq.

2. Chloe

Klassik bir Chloe dizaynından gələn və lazım olduğu kimi bütün kolleksiyada yüngüllük və asanlıq ön planda. Ayrıca, bu kolleksiyadan yola çıxaraq; bu mövsümdə qaytanlanmış sandal və Fedora çantaların "kilid" aksesuar olacağı asanlıqla deyilə bilər.3. DiorPaltarlarında 18-ci əsrdən ilhamlandığını dilə gətirən dizaynçının; yüksək yaxa, qabarıq qol və zərif çiçəkli dizaynları diqqət çəkir.4. GivencyYüksək bel şalvar, qəsəbə tərzi bluza və qısa fırfır etekleriyle bohem bir hava meydana gətirməyə çalışan bu kolleksiya hər kombinin altına istifadədə diz üstü dəri çəkmələr ilə podiuma damğasını vurur.5. Hüseyn ÇağlayanTürk əsilli məşhur dizayner Hüseyn Çağlayan işıq və kölgə arasında qarşılıqlı əks olunan dizaynları ilə seçim edib; jaketlərindəki yaxa oyuntuları və aşağı tutar ilə seksuallığı ön plana çıxarmağı məqsəd qoyub.6. Isabel MarantPileli qısa ətəklər, üzərinə tam oturan köynəklər və dəri detallar ilə bahar üçün isti bir görünüş tutmağı bacaran dizayner hər kombinin altında düz döşəmə sandal istifadə eləməsilə diqqət çəkir. İndidən, önümüzdəki yaz bu sandalların çox dəbdə olacağını söyləmək çətin deyil.7. Issey MiyakeBir çoxunda 3D Buxar texnikası istifadə dizaynlarından əldə edilən toxumalar paltarlara can verib və dərinlik qatıb.8. Nina RicciGənc dizayner qadına xaslığı ön plana çıxaran kolleksiyasında əl işlərinə geniş yer verib, ipək parçalar yerinə formal və toxumaq işləri seçib. Olduqca maraqlı bu kolleksiya alınıb, bahar mövsümündə qardıroblarımızda çox əl işi məhsullarının olacağına bir işarədir.9. Roberto CavalliCanlı rənglərin hakim olduğu, leopard-zebra naxışlarının istifadə və dəri detalların görüldüyü bu salaş dizaynlar - Saykodelik naxışlarıyla bohem tərzində bir üst səviyyəyə daşınır. Bahar aylarında bu tərz paltarları küçələrdə tez-tez görəcəyimiz açıq-aşkardır.10. Dolce GabbanaKolleksiyada aşkar bir şəkildə matador əsintisi var. Əksəriyyətlə qırmızı, qara və ağ tonlardakı işləmələrlə qısa pencəklər, yüksək bel şalvarlar və ultra-qısa şortlar. Bütün bunlar adama öküz döyüşündə olduğunu xatırladır.11. Giorgio ArmaniKolleksiyada tamamilə təbii gözəlliklərdən ilham alınıb. Su və qum təmasının hakim olduğu dizaynlarda; ağ, bej, boz və göy rəngə çalan boz tonları istifadə olunub.12. MoschinoTamamilə "Barbie"dən ilhamlanılan bu kapsula kolleksiyanın bir çox parçasında Barbieyə yaraşar şəkildə tez-tez çəhrayı tonlar istifadə edilib və bizi gəncliyimizə aparacaq bir atmosfer hazırlanıb. Kolleksiyada diqqət çəkən digər bir detal isə tamamilə Barbie ayaqqabılarına bənzədilmiş plastik görünüşlü ayaqqabılar diqqətçəkicidir.13. VersaceBu kolleksiyada minimalist çalışan Donatella Versacenin dizaynlarında tez-tez istifadə olunan qırmızı rəng və metal detallar diqqət çəkir.14. Bora AksuTürk əsilli məşhur dizayner Bora Aksu kolleksiyasında çox naxış və toxuma əl işlərindən  istifadə edib, softluğu ön plana çəkib.15. TopshopTopshop bu kolleksiyasında gündəlik geyimə vurğu edilib, flortoz paltarları və idman cizgiləri saxlayan alt-üst parçalarıyla bahar və yaz mövsümü alış-verişlərimiz üçün bizə ipuçları verir.16. ErdemYenə Türk əsilli məşhur dizayner Erdem Moralıoğlu kolleksiyasında meşədən ilham alıb.17. Tom FordAz qala hamısı qara rəngdə olan, qalın eyeliner və transparanlıkla önə çıxan bu kolleksiyada "Rock'n Roll" təması hakim kəsilib. Markasının seksuallığını qorumaq məqsədiylə bazara çıxartdığı ətirlər və pomadalar düşünülsə, belə bir mövzunun seçilmiş olması çox da təəccüblü deyil.18. Aleksandr WangQara-ağ rəng həmahəngliyinin yüksək olduğu bu kolleksiyada neon rənglər də bir o qədər diqqət çəkir.19. DKNYRəngarəng dizaynlarıyla ön plana çıxan DKNY geometrik şəkillərin və xəttlərin hakim olduğu dizaynlarıyla ovsunlayıcı bir təsirə sahibdir. Üst-üstə geyinilmiş kombinə və qarışıq kumaşlarıyla idman stili gözəlliyi əks etdirməyi bacaran bir topludur.20. Donna KaranÖz kolleksiyasında naxışlara diqqət çəkmək istəyən dizaynçının bir küçə sənətçisindən ilhamlanaraq gəlişi gözəl fırça zərbələri şəklindəki təzyiqlərə yer verdiyi deyilir.21. LacosteKolleksiyada qrafik naxışlar və forma görünüşündəki parçalar diqqət çəkir22. Michael KorsMichael Kors kolleksiyasında klassik Amerikan stili olan şərq yaxası tərzinə göndərmə edilib. Dizaynerin qurşaqlı-kəmərli paltarları, uzun ətəkləri, uzun boyunlu kazakları və floral naxışlarıyla olduqca eleqant bir görünüş təsiri bağışlayır.23. Tommy HilfigerZolaqlı, ulduzlu, işıltılı üst geyimləri; retro tərz kəmərlərin, transparan parçaların və patchworklerin istifadə olunması bu kolleksiyaya 70-ci illərin gənc modasının təsirini bəxş edir.24. Tory BurchKolleksiyada; qələm ətəklərin, paltarların və pencəklərin üzərindəki həndəsi formaları ön plana çıxır.25. Vera WangKolleksiyada tünd rənglər və bağ detallar ön plana çıxır.26. Victoria BeckhamHazırladığı kolleksiya qədər nümayişdə istifadə olunan  ayaqqabılarla da ön plana çıxan Victoria Beckham; stilettolarıyla məşhur olmasının əksinə nümayişində heç stiletto istifadə etməmiş, düz sandal və iti burun oxfordlar seçib.27. BurberryMarkanın bu kolleksiyasında; qısa denim gödəkçələr, rəngli trençkotlar və birkenstock başmaqlar ilhamlanılmış hissi verən sandal ön planda.28. Marc By Marc JacobsDemək olar ki, eyni boyda kəsilmiş, gözləri bağlayan kahküllü qısa saçlar və makiyajsız üzlərdən ortaya çıxan obraz - kolleksiyada sadəlik bu cür vurğulanıb. Hərbi mövzunun hakim olduğu bu kolleksiyada "oversize" parçalar hər zamanki kimi ön plandadır. Hərbi tonlar; qara, boz, göy kimi tamamlayıcı tonlarla dolabımızda təkrar yerini alacaq kimi görünür.29. Ralph LaurenKolleksiyada safari tərziylə kombinlənən ipək parçalar idman-qəşəng tərzini qətiliklə tutuşub.30. Calvin KleinCalvin Klein əvvəlki illərə rəğmən daha gənc və dinamik görünüşüylə darıxdırıcı təmasından deyəsən, xilas olub.Hazırladı NurayANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb