Dünyanın ən məşhur 5 ETİRAFI

08:39 | 12.12.2014
Dünyanın ən məşhur 5 ETİRAFI

Dünyanın ən məşhur 5 ETİRAFI

Bu məqaləni Bronni Vea qələmə alıb. Bu qadın uzun illər hospisdə - ölümə məhkum olunmuş xəstələrin saxlandığı hospitalda işləyib. Onun vəzifəsi ölüm ayağında olan pasiyentlərə qayğı göstərmək, onlara yüngüllük gətirmək olub. Bir gün müşahidələri əsasında ölüm ayağında olan insanların etiraflarını qeydə almağa başlayıb. Həmin məqalənin maraqlı olduğunu nəzərə alaraq ANN.Az onu oxucular üçün tərcümə edib. Həmin məqaləni təqdim edirik:  

"Biz - hamımız total məşğulluq həyatımızda eyni səhvi edirik, özümüzün, yaxud digərlərinin qarşımıza qoyduğu öhdəliklərdən asılı vəziyyətə düşürük. Sonra isə ondan şikayətlənməyə başlayırıq. Həddindən artıq çox işləyirik, həddindən artıq az dincəlirik, həddən artıq dostluq edirik, həddindən artıq özümüzü dəyişdiririk ki, əslində mahiyyətimizdə elə bir adam yoxdur.

Yadınıza salın, nə vaxt evə vaxtında getmisiniz? Nə vaxt dostlarla birgə əsl istirahət keçirmisiniz?

Ola bilər ki, siz özünüzü mühüm və peşəkar hesab edirsiniz. Amma gec-tez bu cür həyat tərzi dünyagörüşünüzə və iş effektinizə təsir edəcək.

Bu material - ömrünün sayılı günləri, hətta dəqiqələri qalmış insanların etiraflarından ibarətdir. Gəlin, onlarla tanış olaq və fikirləşək: bəlkə siz nəsə vacib bir şeyi unudursunuz?!

1. Təəssüf edirəm ki, həyatı düzgün qaydada, başqalarının diqtəsi altında deyil, yalnız mənim düzgün hesab etdiyim kimi yaşamağa cəsarətim çatmadı.


Bu hardasa insanlar arasında daha çox yayılmış etiraflardan biridir. İnsanlar dərk edəndə ki, artıq onların həyatları bitmək üzrədir və geriyə baxdıqda hansı arzularının reallaşmadığını gördükdə bu etirafı dilə gətirirlər. Həyat yolunuzda əsas istəklərinizi reallaşdırmağa cəhd etmək çox vacibdir. Öz sağlamlığınızı itirdiyinizi biləndə isə artıq hər şey üçün çox gec olur. Bu həyatda öz sağlamlığını itirməmişdən əvvəl ona önəm verən, onu qoruyan çox az adam tapılar.

2. Təəssüf edirəm ki, mən bu qədər çox işlədim


Müşahidə etdiyim kişilərin çoxu bu hissi dilə gətiriblər. Onlar öz gənclik illərini və qarşılıqlı münasibətlər üçün darıxdıqlarını bildirirdilər. Bəzi qadınlar da bu kimi etiraflar ediblər. Amma belələrinin əksəriyyəti yaşlı nəslin nümayəndələri olmaqla yanaşı heç də ailəsi üçün qazanc əldə etməyənlərdir.

Qayğılarına qaldığım və bu etirafı edən kişilər yeknəsək əməklə məşğul olduqlarından çox peşiman görsənirdilər. Onlar yanıb-yaxılırdılar ki, ömürlərinin böyük hissəsini belə işlərə sərf ediblər.

İnsan öz həyat tərzini asanlaşdırıb düşündüyünün əksinə olaraq lazım olan gəlirləri xeyli azalda bilər. Həyatınızda daha çox imkanlar yaratmaqla daha çox xoşbəxt və daha çox yeni imkanlara açıq ola bilərik.

3. Təəssüf edirəm ki, öz hisslərimi dilə gətirməyə cəsarətim çatmadı.

Əksər insanlar başqaları ilə qarşılıqlı münasibətlərə xələl gəlməsin deyə, öz hisslərini boğurlar. Nəticədə onlar yalnız öz mövcudluqları ilə razılaşır, heç vaxt öz istədikləri kimi ola bilmirlər. Təcrübə göstərir ki, bir çox xəstəliklərin yaranması məhz kədər və hiddət hissinin güclü olması ilə bağlıdır.

Biz başqalarının hisslərini idarə edə bilmərik. Halbuki ilk vaxtlar insanlar dəyişikliyə cavab verirlər və arzuolunmaz obraz yaradan münasibətə reaksiya verməklə qarşılıqlı münasibətləri yeni mərhələyə qədər daşıyırlar. Amma ən yaxşısı bu və ya digər üsulla həyatınıza daxil olan qeyri-sağlam münasibətləri aradan qaldırmağı bacarmaqdır.

4. Təəssüf edirəm ki, öz dostlarımla münasibətləri sona qədər qoruyub-saxlaya bilmədim

Bəzi insanlar var ki, yalnız ölümlərinə bir neçə həftə qalmış öz köhnə dostlarını xatırlayırlar. Halbuki artıq onları tapmaq üçün nə vaxt, nə də imkan var. Hətta əksəriyyət o qədər çox şəxsi həyatları ilə məşğul olurlar ki, dostluğun nə olduğunu bilmədən ömür sürürlər. Çox dərin təəssüf hissləri gördüm ki, insanlar dostluğa yetəri qədər diqqət və onun qorunması üçün qüvvə sərf etmədiklərini bildiriblər. Hamısı da yalnız öləndə öz dostları üçün darixdıqlarını deyiblər.

İstənilən adamın aparıcı və fəal həyat tərzi dostluq münasibətlərinin əhəmiyyətini azaltmağa xasdır. Amma ölümün astanasında durarkən maddi baxımdan artıq həyat öz əhəmiyyətini itirir. Əlbəttə, insanlar istəyirlər ki, onların maliyyə işlərini bacardıqca qaydasında olsun. Ancaq nə pul, nə də status nəticə etibarilə öz əhəmiyyətini sona qədər saxlamır. Onlar bununla sevdiklərinə sadəcə hansısa bir fayda vermək istəyirlər. Ancaq onlar bu vəzifənin öhdəsindən gələ bilmək üçün adətən sonda çox xəstə və yorğun düşürlər.


5. Təəssüf edirəm ki, mən özümə xoşbəxt olmağa icazə vermədim


Təəssüf hissinin bu növü ümumi təəccübün bir hissəsidir. Çoxları axıra qədər başa düşmür ki, onların xoşbəxtliyi seçim məsələsidir. Onlar sadəcə yaranmış təsəvvürlərə və adətlərə tabe olublar. Onlar "komfort"u həyat tərzi elan edərək onun əsirinə çevriliblər. Onlar həm özləri, həm də digərləri qarşısında belə bir görüntü yaratmağa çalışıblar ki, guya həyatlarından razıdırlar".

Hazırladı Nuray
ANN.Az




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb