50 minə yaxın vakansiya olsa da, vətəndaşlar imtina edir - Mustafa Abbasbəyli

12:42 | 09.01.2024
50 minə yaxın vakansiya olsa da, vətəndaşlar imtina edir - Mustafa Abbasbəyli

50 minə yaxın vakansiya olsa da, vətəndaşlar imtina edir - Mustafa Abbasbəyli

Hazırda vakansiya bankında 50 minə yaxın aktiv vakansiya var, sadəcə vətəndaşlar imtina edir. Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. 

"Əksər hallarda müraciət edənlər daha çox ictimai işlərə meyillənir. Bunun da səbəbi həmin işlərin yüngül olması ilə bağlıdır. Çünki burada iş qrafiki fərqli olur. Hazırda ictimai işlərdə 50 minə yaxın insan cəlb olunub. Ona görə də müraciət edən yeni şəxslərə neqativ cavab vermək məcburiyyətimiz yaranır. Amma bu o demək deyil ki, başqa işlər yoxdur. Bu gün Azərbaycanda vakansiya 50 minə yaxın aktiv vakansiya var. İctimai işləri istəyənləri digər vakansiyalara yönlətsək də, 99% hallarda həmin şəxslər bundan imtina edir. Biz də bu imtinaları rəsmiləşdiririk. Nəticədə cəmiyyətdə mənfi fikirlər yaranır", - sədr yanvarın 8-də mətbuat üçün keçirdiyi mətbuat konfrasında deyib. 
 
2023-cü il Dövlət Məşğulluq Agentliyi tərəfindən 5,628 nəfər ictimai işərə cəlb olunub. Ümumilikdə isə bu işlərədə 48, 675 nəfər fəaliyyət göstərir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM