57 il əvvəlin Flora Kərimovası - VİDEO+FOTO

19:29 | 24.07.2015
57 il əvvəlin Flora Kərimovası -  VİDEO+FOTO

57 il əvvəlin Flora Kərimovası - VİDEO+FOTO

Xalq artisti Flora Kərimovanın yeni yayılmış görüntüləri hər kəsi şok etdi

Azərbaycan estrada musiqisinin canlı əfsanəsi Flora Kərimovanın 1958-ci ildə lentə alınmış videoyazısı üzə çıxıb. ANS PRESS-in məlumatına görə, korifey sənətkar Rəşid Behbudovla Flora Kərimovanın 57 il əvvəlki arxiv videosu böyük müzakirələrə səbəb olub.

Dünən 74 yaşı tamam olan xalq artistinin 17 yaşlı görüntüsü görənləri az qala şoka salıb. Heç kim bu qara qızın gözəllər gözəli Flora xanım olduğuna inanmaq istəməyib. 


17 yaşlı Flora Kərimova 


Sözügedən video 1958-ci ildə lentə alınıb. Kadrlarda müğənnilər dünya xalqlarının mahnılarını ifa edirlər. Böyük sənətkar Rəşid Behbudov populyarlığını bu gün də itirməyən məşhur türk mahnısı "Halvaçı"nı oxuyur. Sənətə yeni gəlmiş Flora həvəskar müğənni kimi təqdim edilərək səhnəyə dəvət edilir. Tamaşaçının tanımadığı 17 yaşlı Flora Kərimova ərəb mahnısı ifa edir. O vaxtlar artıq öz sözünü demiş Rəşid Behbudov kimi bir səhnədə çıxış edən yeni çıxmış müğənninin peşəkar ifası alqışlarla qarşılanır. 


Flora Kərimova - 1958-ci il
 
 
 

Bu fotolara baxdıqda canlı əfsanənin ildən-ilə gözəlləşdiyinin şahidi oluruq


Maraqlı məqam isə budur ki, sosial şəbəkədə apardığımız sorğuda izləyicilərin əksəriyyəti fotonun Flora Kərimovaya deyil, digər canlı əfsanə Elmira Rəhimovaya məxsus olduğunu bildiriblər. Hətta bunu sübut etmək üçün Elmira Rəhimovanın bənzər görüntülərini əks etdirən video paylaşıblar.


23 yaşlı Elmira Rəhimova 


Elmira Rəhimova - 28 dekabr 1964-cü il


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM