Ukraynalı deputat Azərbaycan mahnısını ifa edib - VİDEO

13:17 | 29.05.2015
Ukraynalı deputat Azərbaycan mahnısını ifa edib - VİDEO

Ukraynalı deputat Azərbaycan mahnısını ifa edib - VİDEO

Ukraynanın tanınmış estrada ulduzu, Ali Radanın deputatı Zlata Oqneviç sözləri şair Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluna məxsus olan "Gəl ey səhər" mahnısını ifa edib.

APA-nın Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, Zlata Oqneviç deyib ki, bu mahnını ifa etməklə Azərbaycanın mədəni irsinə sevgisini, Azərbaycan xalqının ənənələrinə hörmətini və əfsanəvi bəstəkar-müğənni Polad Bülbüloğluna rəğbətini bildirmək istəyib.
 
Mahnın klipi artıq internetdə yayılıb.
 
Qeyd edək ki, Z. Oqneviç Ukraynanı 2013-cü ildə "Eurovision" müsabiqəsində təmsil edib. O, ötən il keçirilən növbədənkənar parlament seçkilərində Oleq Lyaşkonun Radikal Partiyasının siyahısından millət vəkili seçilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM