"Səhnə mənlik deyil daha" - Akif İslamzadə

12:14 | 08.08.2015

"Səhnə mənlik deyil daha" - Akif İslamzadə

Bu gün unudulmaz ifaları ilə Azərbaycan musiqisinə böyük töhfələr vermiş sənətçi Akif İslamzadənin doğum günüdür. 


Akif İslamzadə "Alagözlüm”, "Sarı gəlin”, "Bu gecə” ifaları ilə Azərbaycan musiqisinə damğasını vurub. Lakin müğənninin səsi qəfildən tutulub. 

Böyük sənətkar A.İslamzadə doğum günü ilə bağlı təəssüratlarını AzNews.az-la bölüşüb. O, şad gününü ailəsi ilə birgə keçirdiyini deyib: "67 yaşımı doğmalarımla, əzizlərimlə keçirəcəyəm. Düşünürəm ki, insanın şad gününü əzizləri ilə paylaşmasından gözəl heç nə ola bilməz”.

Müğənni özünü bundan sonra səhnədə görmədiyini də deyib: "Hətta səsim qayıtsa belə bundan sonra səhnəyə qayıtmaram.Səhnə mənlik deyil daha”.

Qeyd edək ki, Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb