Bu film Monrealda 4 dəfə nümayiş olundu - VİDEO

16:21 | 05.09.2015
Bu film Monrealda 4 dəfə nümayiş olundu - VİDEO

Bu film Monrealda 4 dəfə nümayiş olundu - VİDEO

Filimdə peyğəmbərin uşaqlıq həyatından bəhs edilir.

Kanadada keçirilən 39-cu Monreal Beynəlxalq Film Festivalında Məcid Məcidinin Məhəmməd Peyğəmbərə həsr etdiyi film böyük maraqla izlənilib.

ANS PRESS-in məlumatına görə, filmin nümayişi böyük ajiotaja səbəb olduğundan bu ekran əsərini festival çərçivəsində 4 dəfə nümayiş etdiriblər. 

Festivalın ən yaxşı filmlərindən biri hesab edilən Məhəmməd Peyğəmbərin uşaqlıq həyatından bəhs edən ekran əsəri İran və Türkiyə kino mütəxəssislərinin qarşılıqlı əməyi əsasında ərsəyə gəlib.

Ümumi büdcəsi 30 milyon dollar təşkil edən ekran əsərində animasiya və aksiyon səhnələrdən də istifadə edilib.

Çəkilişlərin bir hissəsi Məkkə və Mədinə şəhərlərində aparılıb.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb