Hindistanının Andxra-Pradeş ştatında EKM (ekstrakorporal mayalanma) üsulu ilə hamilə qalan 74 yaşlı qadın əkiz qızları olub.
Xəstəxananın direktoru uşaqların qeysəriyyə əməliyyatının köməyi ilə götürüldüyünü bildirib.
Manqayamma uşaqları üçün südü donor bankından alacaq.
Bildirilir ki, Manqayamma və onun 80 yaşlı əri Raya Pao 1962-ci ildə evlənib. 57 il ərzində onların uşağa sahib olmaq cəhdləri müvəffəqiyyətsiz olub. Ancaq süni mayalanma proseduru nəticəsində 74 yaşlı qadın cari ilin yanvarında hamilə ola bilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !