Azərbaycana nə qədər turist gəlib?

12:33 | 07.10.2016
Azərbaycana nə qədər turist gəlib?

Azərbaycana nə qədər turist gəlib?

2016-cı ilin 9 ayı ərzində Azərbaycana gələn xarici turistlərin sayı artıb.
 
ANN.Az Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu müddət ərzində Azərbaycana gələn xarici turistlərin sayı 1.719.015 nəfərə çatıb. Turist sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 169.430 nəfər (10.9%) çox olub.

Bu ilin 9 ayında yalnız BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib. Digər tərəfdən, ötən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7.6%), Qazaxıstan (17.2%), İran (62.9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib.

Yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım olub. 2016-cı ilin yay mövsümü ərzində regionlarda istirahət edən yerli və xarici turistlərin sayı 751.353 nəfər olub. Bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayı 23.5% artıb.
 
Kamil ƏMİRLİ
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM