9 yaşından müəllim işləyən şəxs - FOTOLAR

15:22 | 19.09.2016
9 yaşından müəllim işləyən şəxs - FOTOLAR

9 yaşından müəllim işləyən şəxs - FOTOLAR

O, ən gənc müəllim sayılır

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın kiçik Mürşüdabad şəhərindən olan Babar Əli adlı 9 yaşlı oğlan dünyanın ən gənc müəllimi hesab olunur.
 
 

O, səhər 04:00-da oyanaraq ev qayğıları ilə məşğul olur və işlərini bitirdikdən sonra evindən xeyli uzaqda yerləşən məktəbə yollanır. İlk dövrlərdə dərsləri qeyri-ciddi hesab etsə də, bir müddət sonra şagirdlərin marağını gördükdən sonra müəllimlik peşəsini sevməyə başlayıb.
 


Babar Əli öz şəhərində ilk məktəbin əsasını qoyub və 2009-cu ildə həmin təhsil müəssisəsi dünyada məşhurlaşıb. Bu, qərb jurnalistlərinin əməyi sayəsində mümkün olub. Onlar Babar Əlini ən gənc müəllim və məktəb direktoru adlandırıblar. "Real Heroes Award" təşkilatı isə onu mükafatlandırıb.

Hazırda məktəbin 220 rəsmi şagirdi var.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb