90 gün müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşlarından viza tələb olunmayacaq

14:16 | 20.05.2020
90 gün müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşlarından viza tələb olunmayacaq

90 gün müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşlarından viza tələb olunmayacaq

Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 30 gündən 90 günə qaldırılması təklif edilir.

Anews.az "report”a istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunub.

Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb