AB Ukrayna sazişinə dəyişik etməyəcək

19:11 | 07.07.2016
AB Ukrayna sazişinə dəyişik etməyəcək

AB Ukrayna sazişinə dəyişik etməyəcək

Avropa Birliyi Niderland seçicilərinin narahatlığı səbəbindən Ukraynayla assosiasiya sazişinə hər hansı dəyişiklik etməyəcək. Amma qurum bu sazişin Ukraynanı üzvlüyə yaxınlaşdırmadığını aydınlaşdıran bəyannamə verə bilər. Bunu AB diplomatları deyir.

Niderlandda apreldə keçirilən referendumda seçicilərin əksəriyyəti Ukraynayla ticarət və assosiasiya sazişinə qarşı çıxıb. Niderland AB-nin həmin sazişi ratifikasiya etməyən yeganə ölkəsinə çevrilib.

AB-nin Ukraynadakı nümayəndə heyətinin rəhbəri Jan Tombinski iyulun 6-da jurnalistlərə deyib ki, ötən aykı sammitdə Avropa liderləri Niderland rəhbərliyinə həmin sazişin mətninə hər hansı dəyişikliyin olunmayacağını söyləyiblər.

Niderlandın baş naziri Mark Rutte referendumdan sonra deyirdi ki, seçicilərinin narahatlığını qarşılamaqdan ötrü AB-dən hüquqi təminat almağa çalışır. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb