ABŞ Azərbaycan neftinin idxalını azaldıb

14:07 | 05.01.2016
ABŞ Azərbaycan neftinin idxalını azaldıb

ABŞ Azərbaycan neftinin idxalını azaldıb

2015-ci ilin yanvar-oktyabr aylarında ABŞ Azərbaycandan 4,82 milyon barel neft ixrac edib, 2014-cü ilin müvafiq dövründə idxal edilən neftin həcmi 7,35 milyon barel idi. ABŞ Dövlət energetik informasiya idarəsinin (EİA) saytında yerləşdirilən məlumatda bildirilib.  

Oxu.Az xəbər verir ki, bu barədə "Neft Rossii” saytı "Trend”ə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 2015-ci ilin oktyabr ayında 1,77 milyon barel Azərbaycan nefti idxal edilib, 2014-cü ilin oktyabr ayında Azərbaycan neftinin idxal edilən göstəricisi 3,15 bareldən ibarət idi.

2014-cü ildə ABŞ Azərbaycandan 8,4 milyon barel neft idxal edib, 2013-cü ildə Azərbaycandan ABŞ-a 10,41 milyon barel neft idxal edilib.

Azərbaycan neftinin əsas nəql edilmə marşrutu Bakı-Tbilisi-Ceyhan boru kəməridir, bu kəmər ilə neft Türkiyənin Ceyhan limanına çatdırılır.

Azərbaycanın yüngül nefti, eləcə də Gürcüstanın Supsa limanından ixrac edilir, həmin limana neft Bakı-Supsa kəməri ilə çatdırılır.

Bundan başqa, Bakıdan dəmir yolu ilə çatdırılan neft Gürcüstanın Qaradəniz limanı Batumidən, eləcə də Bakı-Novorossiysk kəməri ilə nəql edilərək Novorossiysk limanından da ixrac edilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb