ABŞ Belarusa qarşı sanksiyaları genişləndirib

23:29 | 15.04.2024
ABŞ Belarusa qarşı sanksiyaları genişləndirib

ABŞ Belarusa qarşı sanksiyaları genişləndirib

ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı sanksiyalar siyahısına 10 fiziki və 12 hüquqi şəxsi əlavə edib.Bu barədə Nazirliyin yaydığı yazılı açıqlamada deyilir.

Siyahıya Belarus, Livan, Suriya, Slovakiya və İsveç vətəndaşları daxildir.

Bundan əlavə, məhdudiyyətlər Kipr, Belarus, İraq, Çin və Slovakiyadan olan şirkətlərə təsir göstərib.

Sanksiya Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını, Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsini nəzərdə tutur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb