"ABŞ nüvə təhlükəsizliyi üzrə sammitdə terrorizm problemini gündəmə gətirəcək"

10:08 | 28.03.2016

"ABŞ nüvə təhlükəsizliyi üzrə sammitdə terrorizm problemini gündəmə gətirəcək"

Nüvə təhlükəszliyi üzrə qarşıdakı sammitdə ABŞ "İslam dövləti" terror təşkilatına qarşı mübarizə məsələsini də gündəmə gətirmək niyyətindədir. 

Trend TASS-a istinadən məlumat verir ki, bu barədə ABŞ prezidenti Barak Obamanın ölkəyə həftəlik müraciətində deyilir.

"Gələn həftə onlarla dünya lideri nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak etmək üçün Vaşinqtona gələcək. Biz bu fürsətdən həmçinin İŞİD-a qarşı birgə səyləri müzakirə etmək üçün istifadə edəcəyik", - müraciətdə deyilir.

Xatırladaq ki, martın 31-də Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə sammit keçiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb