ABŞ Rusiya əleyhinə sanksiyaların ləğv olunması şərtini açıqladı

15:05 | 13.02.2019
ABŞ Rusiya əleyhinə sanksiyaların ləğv olunması şərtini açıqladı

ABŞ Rusiya əleyhinə sanksiyaların ləğv olunması şərtini açıqladı

Krım Ukraynanın tərkibinə qayıtmadığı müddətdə ABŞ Rusiya əleyhinə sanksiyaları saxlayacaq.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki nümayəndəsi Conatan Koen bildirib.

Onun sözlərinə görə, ABŞ Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmir və heç vaxt dəstəkləməyəcək. Amerikalı diplomat Minsk razılaşmalarının dördilliyinin müzakirəsi zamanı Moskvanı razılaşmaların tam icrasına çağırıb.

"Məhz Rusiya münaqişəyə son qoymalıdır”, - o deyib.

Koen əlavə edib ki, Donbasda Rusiya hərbçiləri və silahları var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb