“Abzas media” işi üzrə ibtidai istintaq yekunlaşıb

13:59 | 10.09.2024
 “Abzas media” işi üzrə ibtidai istintaq yekunlaşıb

“Abzas media” işi üzrə ibtidai istintaq yekunlaşıb

"Abzas media” işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. 

Sadıqova qeyd edib ki, dünən istintaq orqanı iş üzrə yekun sənədləri vəkilərə təqdim edib. Vəkillək 20 cildlik materialla tanış olduqdan sonra  cinayət işi baxılmaq üçün əhkəməyə veriləcək.

"Abzas” media saytının direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kəkalov, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı ekspert Fərid Mehrəlizadə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunublar.

Bunlar 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (xüsusən külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddələridir. ), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürlərini, ştamplarını, blanklarını saxtalaşdırma, qanunsuz hazırlama və ya satma və ya saxta sənədlərdən istifadə etmə), Azərbaycan Cinayət Məcəlləsinin 320.2 (qəsdən saxta sənədlərdən istifadə etmə), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma).
 
Bu maddələr 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM