ADU-da “Ali məktəbdən müəssisəyə bir addım” proqramı çərçivəsində görüş keçirildi

20:59 | 03.12.2015
ADU-da “Ali məktəbdən müəssisəyə bir addım” proqramı çərçivəsində görüş keçirildi

ADU-da “Ali məktəbdən müəssisəyə bir addım” proqramı çərçivəsində görüş keçirildi

Dekabr 3-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə "CSS” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Ali məktəbdən müəssisəyə bir addım” proqramı çərçivəsində universitetin yuxarı kurs, magistr və məzun tələbələri ilə görüşü keçirildi.
 
 
Görüşdə çıxış edən Təlim İnkişaf və "CSS” şirkətində İnsan Resursları üzrə direktoru Leyla Quliyeva tələbələri salamlayaraq tədbirdə iştirak etdikləri üçün təşəkkür etdi. Tədbir haqqında ümumi məlumat verən Leyla Quliyeva görüşün məqsədinin tələbələri iş mühiti ilə tanış etmək, iş axtarma prosesi şirkətlərlə necə əlaqə yaratmağın yollarından söz açmaq, onların iş aləminə inteqrasiya etməsinə istiqamət vermək olduğunu dedi.
 
 
Sonra çıxış edən "CSS” şirkətinin Biznesin inkişafı üzrə meneceri Kamran Haqverdiyev tələbələrə işə qəbul olma prosesi, CV-nin düzgün tərtib olunması, müsahibənin mərhələləri  haqqında ətraflı məlumat verdi.
 
 
Bundan başqa, təlim  xarakteri daşıyan görüşdə tələbələrin iş axtarmaqda üzləşə biləcəyi problemlər və onların aradan qaldırılması yolları, işə qəbul prosesi, karyerada uğurla addımlamaq üçün tələbəlik illərinin səmərəli keçirilməsi mövzularında fikir mübadiləsi aparıldı.
 
 
Görüşdən sonra tələbələrə anket sorğusu  və bukletlər paylanıldı.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM