AFFA-dan maraqlı qərar

17:31 | 15.10.2014
AFFA-dan maraqlı qərar

AFFA-dan maraqlı qərar

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının İntizam Komitəsi növbəti iclasını keçirib.ANN.Az-ın AFFA-ya istinadla verdiyi məlumata görə, 09 oktyabr 2014-cü il U-16 Liqasının “İnter” – “Simurq” matçının 51-ci dəqiqəsində “Simurq” klubunun 7 №-li futbolçusu Ceyhun Rəcəbli dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Lakin sonradan məlum olub ki, hakim protokala qırmızı vərəqə alan 7 №-li futbolçu Anar Davudovun əvəzinə 11 №-li futbolçu Ceyhun Rəcəblinin adını qeyd edib. Bu səbəbdən də İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:11 №-li futbolçu Ceyhun Rəcəblinin aktivindən qırmızı vərəqə silinir və verilmiş cəza ləğv olunur.“Simurq” klubunun 7 №-li futbolçusu Anar Davudov dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 5 oyunluq cəza verilir.Hakimlər Komitəsi hakim haqqında müvafiq tədbir görüb İntizam Komitəsinə bildirsin.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb