Aİ ölkələri "əlavə qaçqın qəbul etməlidir"

22:02 | 09.09.2015
Aİ ölkələri

Aİ ölkələri "əlavə qaçqın qəbul etməlidir"

Avropa İttifaqı Şurası prezidenti Jean-Claude Juncker İkinci Dünya Müharibəsindən sonra Avropanın ən çətin miqrant böhranını həll etmək üçün planları açıqlayacaq.

Yeni təkliflər nəticəsində 120 min sığınacaq istəyən Aİ üzv ölkələr arasında paylaşdırılacaq.

Bu, həftə sonu əsasən suriyalılardan ibarət olan minlərlə miqrantın Avropanın cənubundan şimalına doğru hərəkət etməsindən sonra baş verir.

BMT Qaçqınlar Komitəsinin regional koordinatoru Vincent Cochetel Macarıstan hökümətini registrasiya prosedurlarını yüngülləşdirməyə çağırıb.

Macarıstan miqrantların Avropanın şimalına doğru hərəkətində əsas ərazi sayılır, belə ki, bu il oraya 150 mindən çox insan gəlib.

Hazırda hökümət miqrantların Serbiyadan ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhəd məntəqələrini möhkəmləndirmək və sığınacaq istəyənlər üçün qanunu sərtləşdirməyi tələb edir.

Image caption Macarıstan bu həftə əlavə olaraq 40 min miqrant götürəcəyini planlayıb

Çex Respublikası, Slovakiya, Polşa və Rumıniya tələb edilən ölçü ideyasına qarşı çıxıb.

Image caption Macarıstana gələn miqrantlar avtobusla Avstriyaya yola salınır.

Çərşənbə axşamı Polşa öz mövqeyini bir qədər yumşaldaraq 2000-dən çox miqrantı qəbul edəcəyini bildirib.

Almaniya isə Aİ qaydalarına baxmayaraq, Suriya miqrantlarına qapısını açıb və bildiribki, bu il 800 min sığınacaq istəyəni qəbul edib.

Kansler yardımçısı Sigmar Gabriel deyib ki, ölkə ildə cəmi 500 min miqrantla işləyə bilər.

AI planına görə, hazırda İtaliya, Yunanıstan, Macarıstanda olan miqrantların 60 faizi Almaniya, Fransa və İspaniya arasında paylanılacaq.

Hər ölkə əhalisinin sayı, adambaşına düşən gəlir, işsizlik rəqəmi və bu il artıq sığınacaq verilmiş şəxslərin sayına görə miqrant götürəcək.

Miqrantları qəbul etməkdən boyun qaçıran ölkələr pul cəriməsi ödəyəcək.//bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb