Ailə büdcəsinə qənaət yolları - Tanınmış iqtisadçıdan məsləhətlər

20:22 | 07.09.2015
Ailə büdcəsinə qənaət yolları - Tanınmış iqtisadçıdan məsləhətlər

Ailə büdcəsinə qənaət yolları - Tanınmış iqtisadçıdan məsləhətlər

İqtisadçı ekspert Qubad İbadoğlu ailə büdcəsinə qənaət məsləhətləri paylaşıb. Transparency.az məsləhətləri təqdim edir:

- Mağazaya heç vaxt ac getməyin, yoxsa kassaya yaxınlaşanda görəcəksiniz ki, səbətinizdə çox da lazım olmayan bahalı ərzaqlar var;

- Maaş alan gün heç bir mağazaya girmədən, hətta ərzaq dükanına belə dönmədən birbaşa evə gedin. Həmin gün adam özünü Rokfeller kimi hiss edir və lazımsız xərcləmələr edir;

- Qarderob sarıdan qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin;

- Küçədə yolüstü xırda-xuruş almaq pis vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirin. Ya da iri nominalda pul götürün, bu halda onu xırdalamağa heyfiniz gələcək;

- Büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, növbəti dəfə artıq bir şey almaq həvəsi yarananda özünüzdən soruşun: "Bu mənə nə qədər vacib lazımdır? Mən bunu almadan keçinə bilərəmmi?” Belə olan halda özünüzə söz verin ki, bunu bir az gec, üç-dörd günə edəcəksiniz. Bu dövr ərzində ehtiraslar səngiyəcək və siz daha ayıq başla qərar verə biləcəksiniz;

- Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər. Maşın almaq, biznes qurmaq, təhsili davam etmək üçün və s. Hər ay kənara müəyyən məbləğ qoymaqla ilkin məbləği toplamaq mümkündür;

Nəhayət, gündəlik xərclərinizə nəzarət edə bilmirsinizsə, aylıq olaraq qida, yol, xırda- xuruş üçün lazım olan məbləği müəyyənləşdirin. Sonra cəmi məbləği günlərin sayına bölün və beləliklə, gündəlik xərclərin məbləğini tapıb ona nəzarət edin. Əgər gün ərzində orta məbləğdən çox xərcləsəniz, deməli, balansı bərpa etmək üçün növbəti gün orta məbləğ həcmindən az xərcləməlisiniz.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb