Aleksandr Vuçiç Bakıya gəldi

12:14 | 21.05.2018
Aleksandr Vuçiç Bakıya gəldi

Aleksandr Vuçiç Bakıya gəldi

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib.

Report xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında A.Vuçiçi Azərbaycan rəsmiləri, Serbiyanın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıb.

Qeyd edək ki, A.Vuçiç səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün ardından bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bundan əlavə, A.Vuçiç ölkənin Baş naziri Novruz Məmmədov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.

Mayın 22-də A.Vuçiç Azərbaycan Dillər Universitetində olacaq və orada Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edəcək. Həmçinin Serbiya prezidentinə bu universitetin fəxri doktoru diplomu veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM