Alim Qasımovun qızı Fərqanə ilk solo konsertini verdi - FOTOLAR

16:30 | 01.03.2014
Alim Qasımovun qızı Fərqanə ilk solo konsertini verdi - FOTOLAR

Alim Qasımovun qızı Fərqanə ilk solo konsertini verdi - FOTOLAR

Fevralın 28-də Respublika Sarayında Fərqanə Qasımovanın ilk solo konserti keçiriilb.F.Qasımova "Rast" muğamı və xalq mahnıları ilə yanaşı, türk sənət musiqilərini də səsləndirib. Seyrçilər qarşısında xalq çalğı və klassik musiqi alətlərindən ibarət ansablla çıxan Fərqanə Qasımovanın hər çıxışı böyük alqışlarla qarşılanıb. Konsertin ən yaddaqalan məqamlarında biri də Fərqanə xanımın türk sənət musiqisi incilərini səsləndirməsi olub.Fərqanə Qasımovanın atası xalq artisti Aim Qasımovun ünlü saksafon ifaçısı Rain Sultanovun müşayiəti ilə ifa etdiyi muğam parçaları böyük maraqla qarşılanıb. Proqram başa çatandan sonra tamaşaçıların alqışları ilə Alim və Fərqanə Qasımovlar yenidən səhnəyə qayıdıb. Onların ifasında "Şirindi, ana dilim şirindi" mahnısını seyrçilər ayaq üstə alqışlayıb. Sonda Alim Qasımov Fərqanə Qasımovanın övladları ilə bərabər muğam ifa edib.(Musavat.com)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM