Alimentlə bağlı məhkəmə qərarları dərhal icra edilə bilər

15:57 | 23.06.2016
Alimentlə bağlı məhkəmə qərarları dərhal icra edilə bilər

Alimentlə bağlı məhkəmə qərarları dərhal icra edilə bilər

Azərbaycanda uşaqlara aliment kəsilməsi ilə bağlı məhkəmə tərəfindən qəbul edilən qərar dərhal icra edilə bilər.

Trend-in məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Məclisin iyunun 24-də keçiriləcək növbədənkənar iclasına bununla bağlı Mülki Prosessual Məcəllənin 234-cü (qətnamənin icra edilməsi) maddəsində dəyişiklik edilməsini təklif edib.

Belə ki, Ali Məhkəmənin sədri Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə 234.1-ci və 234.2-ci bəndlərinin əlavə edilməsini təklif edib. Təklifdə qeyd edilir ki, Mülki Prosessual Məcəllənin adıçəkilən maddəsinə əlavə ediləcək 234.1-ci bəndə görə, dərhal icra edilmə halları istisna olmaqla qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Maddənin 234.2-ci bəndində isə göstərilir ki, aliment tutulması haqqında qətnamə dərhal icra edilməlidir.

Xatırladaq ki, hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin 234-cü maddəsində aliment haqqında qətnamənin dərhal icra edilməsi məsələsi göstərilməyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM