Allahşükür Paşazadə: Amnistiya aktının qəbul olunmasını alqışlayırıq

12:26 | 26.05.2016
Allahşükür Paşazadə: Amnistiya aktının qəbul olunmasını alqışlayırıq

Allahşükür Paşazadə: Amnistiya aktının qəbul olunmasını alqışlayırıq

Biz Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktını alqışlayırıq.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, Mehriban Əliyeva həmişə bu cür humanist addımlar atıb.

A.Paşazadə deyib ki, Azərbaycan müstəqil dövlət kimi inkişaf edir: "Bu yaxınlarda İngiltərədə səfərdə olduq. Orada görüşlərimizdə bizdən soruşurdular ki, siz bu nailiyyətləri necə əldə etmisiniz? Onlar Azərbaycana gəlib bizim təcrübəmizi öyrənmək istəyirlər. Onlara deyəndə ki, Azərbaycanda məzhəblər arasında ayrıseçkilik yoxdur, məzhəblərin bütün nümayəndələri bir yerdə azan verir, bir yerdə iftar süfrəsində otururlar, İngiltərədə buna inanmadılar. Dedim ki, gəlin özünüz görün".

A.Paşazadə bildirib ki, əgər dövlət başçısı düzgün siyasət qurmasaydı, biz buna nail ola bilməzdik.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb