Alman rəssamlarının “Qobolen” əsərləri Bakıda - FOTOLAR

10:00 | 14.03.2015
Alman rəssamlarının “Qobolen” əsərləri Bakıda - FOTOLAR

Alman rəssamlarının “Qobolen” əsərləri Bakıda - FOTOLAR

Rüstəm Qasımov

"Qobolen” (tərcümədə "divar xalçası” mənasını verir – red.) dekorativ incəsənət növlərindən biridir.  Yalnız bir üzünə ornametlər və müxtəlif mövzular çəkilən, tiftik buraxmayan bu divar xalçaları, incəsənətin bir növü kimi nəinki Şərqdə, eləcə də Avropada da məşhurdur.
 
 

Paytaxt sakinləri və eləcə də onun qonaqları, almaniyalı rəssam Marqeret Ayxerin özü ilə birgə gətirdiyi qeyri-adi sənət işlərinin sərgisində iştirak etmək imkanı  qazandı. Sərgi İçəri Şəhərdə yerləşən "Yay Gallery”də keçirilir. Qalereyə 2015-ci ilin açılışına bu sərgi ilə başladı.
 
 
 
 
Qeyd edim ki, Marqaret Ayxer divar xalçaları üzrə ixtisaslaşmış konseptualist rəssamdır. Marqaret öz böyük divar xalçalarında, barok üslubunda müasir informasiya dünyasının süjetlərini təsvir edir. Onun əsərlərində əsas motiv reportaj fotoqrafiyaçılığı, reklam və  rəqəmsal nəşrlər təşkil edir. Onun yaradıcılığı bir mənada klassik ənənə ilə müasirliyin sintezi və birliyi təşkil edir. Bu keyfiyyət onun divar xalçalarını daha çox aktual edir.
 
 
 
 
Sərgidə məni heyrətə salan təkcə maraqlı süjetlər deyil, həm də bu divar xalçalarının böyüklüyü idi. Sərgilənən işlər həcmcə kifayət qədər böyük idi. Arada eləsi olurdu ki, bütün divarı əhatə edirdi.
 
 
 
 
Sərgi üçün xüsusi hazırlanmış bukletlər var idi.
 
 
 
 
Məlum oldu ki, Marqaret Ayxerin bu əsərləri heç də bahalı əl işləri deyil. Bu divar xalçaları, yüksək texnalogiya ilə hazırlanmış məhsullar idi. İlk iş olaraq, Marqaret komputerdə mövzuları işləyir. Daha sonra bu rəsmləri Antverpendə yerləşən zavoda göndərir.  Divar xalçalarının məkanlarından biri olan Flandiriyada tikiş sənayesi qədim mövzuların yenidən işlənməsinə böyük maraq göstərir. Onların bu işləri beynəlxalq süvenir istehsalının bir hissəsi hesab olunur.
 
 
 
 
Rəssamın qəsdən ənənəvi və bahalı manufaktor işlərini sintez edir.  
 
 
 
 
ANN.Az həmişə olduğu kimi, paytaxtımızda baş tutan mədəni tədbirlləri işıqlandırmaqda davam edir. Almaniyalı rəssam Marqaret Ayxerin "Rejime of İmages” adlı sərgisindən çəkilmiş fotoları təqdim edirik:  
 
 







0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti