Zərif şüşənin və isti keramikanın bayramı - REPORTAJ

11:06 | 17.03.2015
Zərif  şüşənin və  isti  keramikanın bayramı  - REPORTAJ

Zərif şüşənin və isti keramikanın bayramı - REPORTAJ

Lyubov Qasımova

Qədim yunan filosofu Platon deyirdi ki, insan özünü gərək gözəlliklərlə əhatə etsin. Gözəllik ağıllı fikirlər və xoş əhval yaradır, bizi xeyirxah işlərə sövq edir. İnteryeri gözəl və harmonik etmək üçün şüşədən, eləcə də keramikadan hazırlanmış əşyalar qədər əsrarəngiz edən başqa nəsə ola bilməz.

Bugünlərdə İçərişəhərdə yerləşən "Natəvan” qalereyasında "Zərif əbədilik” adlı sərgi təşkil olunmuşdu. Sərgidə şüşədən və keramikadan hazırlanmış əl işləri sərgilənirdi.  

Əl işləri üzrə sənətkarlar - Sevinc Yaftumova, İradə Bağırova, Lada Kərimova, İnqa Zemçova, Lalə Məmmədəlizadə, Gülnar Məmmədova, Marina Səfərova və Yelena Lobanova öz əl işlərini təqdim edirdilər.
"Natəvan” qalereyası yaradıcı insanlara öz işlərini nümayiş etdirmək üçün həmişə geniş imkanlar yaradıb. Bu dəfə də istisna olmadı. "Zərif əbədilik” sərgisi qalereyanın direktoru Natəvan Əliyeva və layihənin kuratoru Leyli xanım və bizim sənətkarlar sayəsində baş tutmuşdu.

Sevinc Yaftumova sonsuz fantaziyası, gözəllik hissi və təkrarolunmaz üslubu ilə tanınmış sənətkardır. Sevinc xanımın gildən hazırladığı əl işlərində, onun incə ruhunu, energetikasını və azərbaycanlı temperamentini duymaq olur. Bu insan daima yaradıcılıq axtarışındadır. Hər dəfəsində yeni işləri ilə ziyarətçilərin qarşısına çıxır.  Onun işlərini kimləsə dəyişik salmaq, üslubunu təkrarlamaq  mümkünsüzdür. Onun hər bir əl işində, milli ornament olan "buta” iştirak edir. Sevinc xanım, həm də şüşələrlə də işləyir. Son zamanlarda o, şüşə üzərində rəsm əsəri çəkməklə maraqlanır.  

İradə Bağırova boşqabların üzərində rəsm çəkən istedadlı rəssamlarımızdan biridir. Onun milli ornamentə əsaslanan şəkil çəkmək üslubu var. Yumuru və kvadrat keramika üzərində onun çəkdiyi süjetlərin elementləri proporsional formada düzülüb. Hər bir elementin öz yeri var. Onun çəkdiyi şəkillər ümumi bir kompozisaya dayanır. İradə xanım öz rəsmləri ilə öz dünyasını, gözəlliyi, sevgini və zərifliyi verməyə çalışır. Onun aurası hər bir işində görünür. "Buta” şəkilinin şəkildiyi hər bir rəsmdə, Azərbaycan kaloritini görür, xalq ruhunu duyur və Qafqaz dağlarından gələn xəfif küləyin əsintisini hiss edə bilirsən. Onun çəkdiyi rəsmlərdə zərifliyi, xəfifliyi və bayram əhval-ruhiyyəsini duyursan.

Onun boşqablara verdiyi adlara baxın: "Şərq cazibəsi”, "Almaz hekayəsi”, "Xəfiflik”, "Şərqin antik qızılı” vəs.  



Lada Kərimovanın əsərlərində onun dünya duyumu və dünyanı dərk etmə şəkli aydın ifadə olunur. Lada xanım ilə istənilən mövzu barədə söhbət etmək mümkündür çünki o çox şey bilir. Onunla yaradıcılıq və həyat  haqqında danışmaq da mümkündür. O, əl işləri ilə məşğul olan sənətkarlar haqqında xırda hekayələr də düzüb qoşa bilir. O, heyrətamiz şəkildə, butulkalar üzərində rəsmlər çəkərək onlara yeni nəfəs və yaşama imkanı verir. Lada xanımın xəyal dünyasının sərhədi yoxdur. O, butulkalar üzərində, afrika rəqslərini və kaloritini,  milli musiqi alətlərini və ruhu şad edən gül-çiçək rəsmləri çəkir.  



Əvvələr hesab edirdilər ki, qadın üçün yeganə bəzək qızıldır. Amma günümüz dünyasında qızılla rəqabət aparan bahalı muncuqlar, daş-qaşlar çıxıb. Dəyərli və bahalı Venesiya – muran şüşələri Murano adalarında hazırlanır. Muran şüşələri çox məşhurdur. Muran şüşəsindən incə formada hazırlanmış sənət işləri, bahalı daş- qaşlar qədər dəyərli sayılır. Öz görünüşü ilə o, əqiq, "serdolik”, "xalçedon” daşlarının saxta formasına bənzəyir.  Muran şüşələri çoxnövlüdür. Onun hazırlanması üçün çox fərqli texnikalardan istifadə edilir. Mükəmməl usta Marina Səfərova eksklüziv dəb bəzəkləri hazırlayır. Bunlar arasında sırğalar, üzüklər, saç bəzəkləri, kulonlar və qolbaqları göstərmək olar. Onun hər bir işi unikaldır, çünki hazırladığı əşyanı bir daha hazırlamaq çox çətindir. Marina xanım, öz işlərində yüksək keyfiyyətli gümüş, Svarovski kristalı və muran şüşələrindən istifadə edir. Muran şüşəsindən hazırlanmış qadın qolbağı çox eleqant, kreativ, dəbli görünür. Sırğalar qadın boynunun zərifliyini və gözlərinin parıltısını üzə çıxarır. Marina Səfərova öz işlərini böyük sevgi və zövqlə hazırlayır.
Marina xanımın daha bir əyləncəsi, şüşə vazalar və armudu stakanlar üzərində barakko və milli üslubunda rəsmlər çəkməkdir. Onun rəsmlərində buta və nar üstünlük təşkil edir.  



Gülnar Məmmədova istedadlı usta və rəssamdır. Vitraj rənglərindən və şüşədən istifadə etməklə gözəlliklər yaradır. Onun armudu stəkanlar üzərində çəkdiyi rəsmlər zəriflik və incəliyi ilə seçilir. Onun armudu stəkanları yalnız çay içmək üçün deyil, onların hər biri sənət əsəridir. Gülnar xanım hər bir işinə ruhunu qoyur. O, insanlara sevgisini, həssaslığını və qəlb istiliyini ötürür. Buta və nar rəsmləri bizim xalqın sevimli obrazı olaraq qalacaq. Gülnar xanımın yaratdığı işləri ad günündə, yubleylərdə, toy şənliklərində hədiyyə kimi vermək olar. Onun armudu stəkanlarında çay içmək, vazalarına güllər və qablarına meyvələr qoymaq  mümkündür. Bunları ömürlük hədiyyə də adlandırmaq olar.  



Vazalara çəkilmiş zərif rəsmləri və vitraj rəngləri gördükdən sonra anladım ki, Yelena Lobanova istedadlı rəssamdır. Onun vazaları sərgiyə gələnlərin diqqətini çəkir və adama gəl-gəl deyirdi. Vazalar üzərində çəkdiyi rəsmlərin hər biri fərqli idi, bu isə o deməkdir ki, Yelena xanımın fantaziyası və təsəvvür dünyası çox zəngindir.  Bir rəsmi çəkmək üçün çox uzun zaman, səbr və istedad gərəkdir. Axı bir vaza üzərində rəsm çəkmək üçün ilkin olaraq lazımi formada vaza tapmalı, çəkiləcək rəsmi fikirləşməli, düzgün rəngləri və elementləri seçərək vazaya çəkiləcək rəsmi eskizə köçürməli və nəhayət onu çəkməlisən. Yelena xanım, onun ruhunun parçalarını özündə daşıyan, yaz havalı şüşədən hazırlanmış əl işlərini sərgi iştirakçıları üçün gətirmişdi.



İnqa Zemçova ("Fyuzinq”)  şüşələrin əritməsi işində ustalaşıb. "Fyuzinq” - bir neçə şüşənin əridilməsinə və termik birləşməsi texnologiyasına deyilir. Bu zaman şüşələrin elementləri bir bütöv şəklini alır. Onun təkrarolunmaz işləri heyrət və təəccüb doğurur. Şüşə ilə iş ağır, çətin, təhlükəli və uzundur. Rəngli şüşədən harmonik və zərif görünüşlü vaza hazırlamaq üçün bir saat lazım olur.  İnqa xanım Bakıda şüşə əritmə işində ustalaşmış yeganə insandır. Bu işlərə olan təlabat çoxdur, demək ki, yaxın zamanlarda yeni ustalar peyda olacaq. Etnik elementlərlə bəzədilmiş "Buta”ya toxunarkən onun hamarlığını duya bilirsən.  Bu şüşə üzərində geometrik formada çəkilmiş nar və şirəli qara üzüm rəsmləri işıq və rənglərlə oynaşır. "Fyuzinq” texnikasından istifadə edərkən, abstrakt rəsmlərin çəkilməsi nisbətən asandır. İnqa xanımın bütün işləri gözəl və füsunkardır.  İnqa Zemçova vitraj rənglərdən istifadə edərək boşqablara da rəsmlər çəkir. O, ilk işinə məhz bununla başlayıb, amma daha sonra "fyuzinqə” keçib. İnqa xanımın işlərində rənglərin parlaqlığını, təmizliyi və  qrafikanın incəliyini sezmək mümkündür. Bu işlər hədiyyəlik kimi çox əladır.


 
Lalə Məmmədəlizadə vitaj rəsmi ilə məşğul olan rəssamdır. Lalə xanımın, vazaları interyer üçün çox münasibdir. Onlar çox sehrli görünür.  Rəsmin elementləri gur işıq altında oynaşır və bununla da onun yerləşdiyi məkanda gözəl və rahat abu-hava yaradır. Lalə xanım bu işləri ürəklə və böyük zövqlə gördüyü üçün nəticəsi də əla olur. Rəsm çəkmək üçün o, keyfiyyətli rənglərdən istifadə edir. Lalə xanımın vazaları öz görünüşü ilə şərq qadınının fiqurasını xatırladır. Onlar öz parlaq gül, nar və etnik Azərbaycan ornamentləri ilə diqqəti özünə çəkir. O, öz işlərində qırmızının, mavinin, yaşılın, narıncının müxtəlif tonlarından istifadə edir. Onun işlərində sənətkarın həyat gücü əks olunub.



Bu sərgi insanların diqqətini çox çəkdi və düz 5 gün davam etdi.

Fotoların müəllifi Rüstəm Qasımovdur  
ANN.Az

 
 


















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti