AMB 45 milyon manat cəlb etdi

15:40 | 11.07.2016
AMB 45 milyon manat cəlb etdi

AMB 45 milyon manat cəlb etdi

İyulun 11-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 45 milyon manat olub.

Trend-in AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,99% təşkil edib.

Məlumatda qeyd edilir ki, Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM