Anar Hüseynzadənin əl işlərində abstrakt rəssamlıq - FOTO

13:55 | 09.06.2014
Anar Hüseynzadənin əl işlərində abstrakt rəssamlıq - FOTO

Anar Hüseynzadənin əl işlərində abstrakt rəssamlıq - FOTO

Lyubov Qasımova 
Mayın sonunda Bakıda Anar Hüseynzadənin "Miflər danışır" adlı şəxsi sərgisi keçirildi. Bu sərgi AR Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ incəsənət sektoru vasitəsilə təşkil olunub və Liana Vəzirovanın rəhbərlik etdiyi Muzey mərkəzində keçirilib. 
Açılışda çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev vurğuladı ki, "Anar Hüseynzadə gənc olmasına baxmayaraq, incəsənətdə artıq öz üslubunu tapıb və rəssam kimi özünü doğruldub və nəinki ölkə daxilində, həm də onun hüdudlarından kənarda şöhrət əldə edib. Ümid edirəm ki, bu fərdi sərgisi onun yaradıcılığında yeni mərhələ olacaq". 
Azərbaycan Respublikası Rəssamlar İttifaqının katibi və xalq rəssamı Ağaəli İbrahimov isə dedi ki, "Anar öz dövrünün ən istedadlı rəssamlarından biridir" və ona yeni-yeni uğurlar və sərgilər arzuladı. 
Anar Hüseynzadənin özü isə Mədəniyyət və Turizm Nazirliyinə, öz dostlarına və yaxınlarına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi və qonaqlara onun əsərlərindən zövq almağı arzuladı.
Beş zalın tərtibatında Anar bilavasitə özü iştirak edirdi. Hər zalda müəyyən mövzuda və incəsənət istiqamətlərində əsərlər təqdim olunmuşdur. 
Anar Hüseynzadə kətan üzərində yağlı boya və akrillə, kartonun üstündə yağla, kağız üzərində akrillə çəkir. Sərginin qonaqlarında "Qəlyan çəkənlər", "Münəccim", "Filosof", "Gəmilər", "Məhsul", "Rəqs edən qız" "Qocanın portreti", "Yolda", "Kənddə" kimi rəsm əsərləri təsirli iz buraxdı. 
Anar Hüseynzadənin əl işlərinə baxarkən düşünmək və rəssamın bu rəsm əsəri ilə nəyi çatdırmaq istədiyini anlamaq lazımdır. Əgər siz çoxlu sayda ləkələrin və rəng çalarlarının olduğu və aşağısında "Avtoportret" yazılmış rəsm əsərinə baxırsınızsa, onda təəccüblənməyin. Sadəcə, rəssam özü-özünü belə görür. 
Ona görə də gənc və istedadlı rəssam Anar Hüseynzadəyə yaradıcılıq uğurları və fərdi sərgilər arzu edirik
Rəsm sərgilərinə gedin, mədəniyyətə yaxın olun və onun nəfəsini öz simanızda hiss edəcəksiniz.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb