Ançelotti: Finalda favorit olmayacaq

19:20 | 03.05.2014
Ançelotti: Finalda favorit olmayacaq

Ançelotti: Finalda favorit olmayacaq

“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalının bərabər qüvvəli rəqiblərin oyunu olacağını bəyan edib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis “Atletiko”nun ünvanına xoş sözlər də işlədib. Ançelotti “Real”ın yarımfinalda ötənilki çempion “Bavariya”dan güclü olduğuna görə finala çıxdığını vurğulayıb: “Atletiko” isə 2012-ci ildə turnirdə qalib gələn “Çelsi”ni üstələyib. “Atletiko” finala çıxmağı tamamilə haqq edib. Onlar meydanda daha yaxşı komanda idilər. Finalda favorit yoxdur – bu, bərabər oyun olacaq. Mən çox şadam ki, yaxşı məqamlardan həzz almaq lazım olduğu dünyada yaşayırıq. Çünki sonra pis məqamlar ola bilər. “Çelsi” və “Atletiko”»dan hansını finalda görmək istərdim? Onlar oxşar komandadırlar. Birinin istəyi var, təcrübəsi yoxdur, digərinin təcrübəsi var, istəyi yoxdur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb