Ankara Qarabağda qondarma “seçkilər”i tanımır

16:07 | 30.04.2015
Ankara Qarabağda qondarma “seçkilər”i tanımır

Ankara Qarabağda qondarma “seçkilər”i tanımır

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) qondarma "Dağlıq Qarabağ Respublikası”nda mayın 3-də keçiriləcək "parlament seçkiləri” ilə bağlı bəyanat yayıb. 

Oxu.Az Türkiyə XİN-nin rəsmi saytına istinadla xəbər verir ki,  rəsmi Ankara bu "seçkiləri” tanımadığını bildirib.   

"Beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu seçkilərin Dağlıq Qarabağ ixtilafının sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüs olduğu ortadadır. 

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu addımı pisləyir, qeyri-legitim hesab etdiyimiz bu seçkiləri tanımırıq. Minsk Qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli çözüm tapılması yönündə səyləri dəstəkləməyə davam edəcək”, - bəyanatda deyilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb