Anqolada yeni prezident seçilib

22:00 | 25.08.2017
Anqolada yeni prezident seçilib

Anqolada yeni prezident seçilib

Bu, müdafiə naziri Joao Lourensodur.

Milli müdafiə naziri, "Anqola Azadlığı uğrunda Xalq Hərəkatı" partiyasından (MPLA) namizəd olan Joao Lourenso Anqolanın yeni prezidenti seçilib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, hakim partiya həm də ölkənin növbəti prezidentini müəyyənləşdirən parlament seçkilərində qələbəsini elan edib.

Qeyd edək ki, 63 yaşlı J.Lourenso SSRİ-də təhsil alıb və 1986-cı ildə Lenin adına Hərbi-Siyasət Akademiyasını bitirib. Anqolaya qayıtdıqdan sonra o, MPLA və orduda yüksək vəzifələr tutub. O, 1975-ci ildə Portuqaliyadan müstəqillik əldə edən ölkənin üçüncü prezidenti olub.

Əlavə edək ki, hazırkı prezident, 38 ildən çox müddətə ölkəni idarə edən 74 yaşlı Joze Eduardu duş Santuş daha əvvəl partiya siyahısına başçılıq etməyəcəyini, lakin MPLA sədri vəzifəsini saxlayacağını bildirib.

Xatırladaq ki, Joze Eduardu duş Santuş Azərbaycan Neft və Kimya Universitetinin məzunudur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb