Applab yerli developerlərin uğurunu paylaşır

15:36 | 21.09.2016
Applab yerli developerlərin uğurunu paylaşır

Applab yerli developerlərin uğurunu paylaşır

Applab yerli developerlərin uğurunu paylaşır: Kvotter mobil sosial şəbəkəsi istifadəyə verildi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə "Applab” proqramının iştirakçısı olan "Kvotter” layihəsinin növbəti uğurunu elan edir. Belə ki, "Kvotter” adlı tətbiqin beta versiyası Android platformalı cihazlar üçün istifadəyə verilib.

Kvotter - kitablardan sitat paylaşmaq üçün yeni mobil sosial şəbəkədir. Kvotter tətbiqini yükləyərək, hazırda oxuduğunuz kitabdan bəyəndiyiniz sitatın şəklini çəkərək, tətbiq vasitəsilə şəkildəki yazını mətnə çevirərək, yazıçı və kitab adını qeyd etməklə həm yaddaşda saxlaya, həm də dostlarınızla paylaşa bilərsiniz. Bundan əlavə, dostlarınızın nə oxuduqlarını və hansı sitatları paylaşdıqlarını görə və bəyənə bilərsiniz. Kvotter applikasiyasını yükləmək üçün bu keçiddən istifadə etmək olar play.google.com/store/apps/details?id=az.kvotter&hl=ru

Kvotter layihəsi haqqında əlavə məlumat üçün keçid: www.facebook.com/kvotter/videos/1734110983480573/

Qeyd edək ki, bir müddət öncə Applab iştirakçılarının "Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı olan Wayra UK şirkətinə təqdim ediyi 11 layihədən 4-ü xüsusi maraqla qarşılanaraq növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib. Kvotter də bu uğurlu layihələr sırasındadır. Son seçim mərhələsindən uğurla keçmiş layihələrə 70.000 ingilis funt sterlinqi məbləğində investisiya yatırılacaq. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir. Bakcell və "Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin startap layihələrini inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb