Açıq səma altında rəsm sərgisi - REPORTAJ

17:53 | 12.05.2015
Açıq səma altında rəsm sərgisi  - REPORTAJ

Açıq səma altında rəsm sərgisi - REPORTAJ

Rüstəm Qasımov 

Britaniyada olduğum ikinci gün incəsənət dünyası ilə təmasa keçdim. Bundan gözəl nə ola bilər ki?! Amma ən maraqlısı o idi ki, bu sənət dünyası hər hansısa muzey, sərgi salonu, qalereya yox, adi küçə idi. Kensiqton bağı ilə paralel küçənin sonundakı sərgi-yarmarkaya gəldim. 


Mən küçənin bir tərəfində divara vurulmuş lövhədə yarmarkanın hansı günlər təşkil olunduğuna dair məlumatı oxudum. 


Hamıya məlumdur ki, qalereyada və ya hansısa aksionda rəsm almaq sərfəli deyil, çünki burada qiymətlər rəqabət nəticəsində qalxır və öz həqiqi dəyərindən daha yüksək qiymətə satılır. Bu səbəbdən yaradıcı insanlarla alıcılar arasında birbaşa əlaqəni qurmaq üçün London meriyası rəssamlara öz işlərini küçədə satmağa imkan yaradır. Amma onlar bunu yalnız bazar günləri edə bilər. 


Bu rəngarəng boyalarla bəzədilmiş gözəl dünyanı görəndə ilk yadıma bizim sevimli Nizami küçəsi – "Torqovi” düşdü.  Bir zamanlar orada da bizim rəssamlar öz işlərini satışa çıxara bilirdilər. Orada nəinki rəsmlər almaq olur, elə portretinin çəkilməsi üçün sifariş də vermək mümkün idi. Təəssüf ki, şəhərimizə rəng qatan bu mənzərə yığışdırılıb. Amma İngiltərədə vəziyyət fərqlidir, bunun üçün onlara ayrıca məkan və vaxt ayrılıb. 

 

 
 

Yarmarka-sərgidə ingilis rəssamları öz işlərini sərgiləyirdilər. Rəsmlər ən müxtəlif üslubunda çəkilib. Burada realizim, ekspressionizim, imressionizim, abstraksionizim və sairə üslubda rəsmlərə rast gəlmək olardı. 


Mənim diqqətimi şəhər mövzusuna həsr olunmuş rəsmlər çəkdi. 


Yarmarkada seqmentlərdən ibarət olan rəsmlər də nümayiş etdirilirdi.


Abstraksionist üslubda çəkilən rəsmlərə gəldikdə, onlar parlaq rəngləri ilə digərlərindən seçilirdilər.  


London mənzərəsini təsvir edən rəsmi qeyd etməmək mümkün deyil. Böyük Britaniyanın simvolu olan iki mərtəbəli  «Double-decker bus» avtobusları, çətirlə yeriyən insanlar tipik İngiltərə mənzərəsi idi. Axı yağış Britaniyanın həyatının ayrılmaz hissəsidir. 


Rəsmlərdən başqa burada müxtəlif növlü suvenirlər də satılırdı. 




Burada akvarel də var idi. 


Rəsmlərlə maraqlanan insanlar da az deyildi. Küçədən keçən hər üç nəfərdən biri burada ayaq saxlayıb sərgiyə tamaşa edirdi. 



Bu müddətdə isə rəssamlar sakitçə dayanıb söhbət edirdilər. 


Bundan sonra mənim diqqətimi çəkən bir rəsm gördüm. Bu mənzərə rəsmi idi. O rənglərinin heyrətamiz qamması və tonları ilə dərhal diqqəti çəkirdi. 




Burada mən rəssam Con Artur ilə söhbətləşə bildim. 


Arturla danışdıqdan sonra öyrəndim ki, böyük rəsmlərin qiyməti 450-500 funt sterlinqdir.  Məlum oldu ki, onun öz qalereyası var və o, arada öz rəsmlərini satır. Amma o, London meriyasının yaratdığı bu şansdan da istifadə etməkdən imtina etmək istəmirdi.  Yarmarkaya çoxlu turist gəlir və o əsərlərini sata bilirdi. Onun dediyinə görə, insanların çoxu rəsmlərə baxsa da, onları almağa o qədər də meyl eləmirlər. Alış-veriş onun istədiyi kimi getmir. Hərdən elə günlər olur ki, o bir neçə işini sata bilir, amma bəzən ümumiyyətlə heç bir al-veri olmur. Bunun bəlkə rəsmlərin baha olmasına görə belə olduğun dedim. Mənə cavabında gülümsəyərək,  incəsənət yaradıcılığının o qədər də ucuz ola bilməyəcəyini dilə gətirib. 


Bundan sonra mən rəsmlərə baxa-baxa Britaniyanın gəzməli-görməli yerlərinə doğru hərəkətə başladım. 



Bununla mənim Britaniya incəsənət adamlarının yaratdığı sənət nümunələri ilə tanışlığım başa çatmır, çünki mən bundan sonra da muzeylərə, qalereyalara, saraylara baş çəkəcəm. 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb