Aqşin Yenisey: Bəlkə, xəstəxanada evləndim

12:50 | 16.07.2014
Aqşin Yenisey: Bəlkə, xəstəxanada evləndim

Aqşin Yenisey: Bəlkə, xəstəxanada evləndim

Hazırda Gömrük Hospitalında müalicə olunan şair Aqşin Yeniseydən xəbər var. ANN.Az AzNews.az-a istinadla xəbər verir ki, onun səhhəti haqqında hələ dəqiq bir söz demək çətindir:“Hər şey sonuncu müayinənin nəticəsindən asılıdır. Əvvəlki kimi intensiv müalicə getsin, müayinə aparılsın kimi şeylər artıq geridə qalıb. Qaraciyər öz funksiyasını sürətlə bərpa edir. Sonuncu mərhələdəyəm. Özümü yaxşı hiss edirəm. Qan analizi verməliyəm. Onun nəticəsi hər şeydən xəbər verəcək. Ola bilər sabah da xəstəxanadan çıxam, yaxud da daha 5 gün də burada əlavə qalam”.A.Yenisey əlavə edib ki, onu müalicə aldığı xəstəxananın həkim heyəti evə buraxmaq istəmir: “Məni buraxmaq istəmirlər. Deyirlər səni burda evləndirəcəyik. Bəlkə, xəstəxanada evləndim. Amma buradan çıxmaq istəyirəm. İşləmək istəyirəm. İş şəraitinə qayıtmağım həkimlərin rəyindən asılıdır. Çox güman ki, hələ bir neçə ay gərgin iş mühitinə icazə verməyəcəklər. Amma evdən də olsa, yazılarımı yazacam”.Qeyd edək ki, Aqşin Yenisey qaraciyər serrozundan əziyyət çəkir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM