Araq və konyak bahalaşdı

13:07 | 11.03.2014
Araq və konyak bahalaşdı

Araq və konyak bahalaşdı

Bu gündən Rusiyada araq və konyakın qiymətləri bahalaşıb. APA-nın Rusiya bürosunun məlumatına görə, martın 11-dən spirtli içkilər bazarını tənzimləyən dövlət qurumunun araq və konyakın qiymətinin artırılmasına dair qərarı qüvvəyə minib. Belə ki, bu il arağın qiyməti iki dəfə artacaq. Birinci qiymət artımı bu gündən, yəni martın 11-dən etibarən olacaq. Növbəti dəfə isə qiymət avqustun 1-dən artacaq.   Martın 11-dən arağın minimum topdansatış qiyməti (0,5 litr) 199 rubladək (4,31 AZN) artıb. Buna qədər isə arağın 0,5 litri 170 rubla satılıb. Avqustun 1-dən isə arağın 0,5 litri 220 rubla satılacaq. Konyakın qiyməti də bahalaşıb. Belə ki, bu gündən konyakın 0,5 litrinin topdansatış qiyməti 322 rubl (6,98 AZN) olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb