Arif Məlikovun əsəri Böyük Teatrda nümayiş etdiriləcək

11:17 | 11.01.2017
Arif Məlikovun əsəri Böyük Teatrda nümayiş etdiriləcək

Arif Məlikovun əsəri Böyük Teatrda nümayiş etdiriləcək

Fevralın 7-dən 9-dək Rusiya Dövlət Akademik Böyük Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.

Teatrın saytından bildirilib ki, səhnə əsərinə Rusiyanın Əməkdar Artisti Pavel Sorokin dirijorluq edəcək.

Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. //Azərtac

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM