• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

“Arşın mal alan” operettası anşlaqla keçdi - VİDEO

“Arşın mal alan” operettası anşlaqla keçdi - VİDEO
28.05.2020 21:44
Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası anşlaqla keçib.

News24.az xəbər verir ki, illər ötdükcə tamaşaçı marağı azalmayan, əksinə daha da artan ölməz əsərin yeni qoyuluşu auditoriya tərəfindən böyük maraqla qarşılandı. Aktyorların mükəmməl oyunu, quruluşçu rejissorun işi (Əməkdar İncəsənət xadimi Hafiz Quliyev) sayəsində tamaşa əsl bayrama çevrildi.

Əməkdar artist Ramil Qasımovun interpretasiyasında Əsgər, Əməkdar artist Cahangir Qurbanovun yaratdığı Soltan bəyin obrazı, romantik Gülçöhrə obrazı (Əməkdar artist İnarə Babayeva), Telli (Xalq artisti Gülyaz Məmmədova), Asya (Aysel İbrahimova), Süleyman (Əməkdar artist Tural Ağasiyev), Cahan xala (Əməkdar artist Gülüstan Əliyeva), Vəli (Sadiq Məlikov) sanki tamaşaçı qarşısına keçən əsrdən qonaq gəlmişdilər - bu təəssüratı səhnədə hökm sürən və auditoriyaya son dərəcə doğma olan atmosfer yaradırdı.

Qeyd edək ki, Hüseynqulu Sarabski, Rəşid Behbudov kimi korifeylərdən sonra Ramil Qasımovun yaratdığı qətiyyətli, ağırtəbiətlli və eyni zamanda proqressiv düşüncəli Əsgər obrazı ölməz operettaya yeni nəfəs gətirdi.

Əməkdar artist Eyyub Quliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının uğurlu çıxışını da xüsusi qeyr etmək lazımdır.
Dahi Üzeyir bəyin 1913-cü ildə yazdığı tamaşanın bu gün də anşlaqla keçməsi bir daha bu əsərin ölməzliyini təsdiq etdi. 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Emin Ağalarovun konserti təxirə salınıb
Mədəniyyət 13:10
Emin Ağalarovun konserti təxirə salınıb
Nazirliyə tabe olan Alban kilsəsində inəklər gəzir- VİDEO
Mədəniyyət 14:05
Nazirliyə tabe olan Alban kilsəsində inəklər gəzir- VİDEO
Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb
Mədəniyyət 11:16
Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb
AzərbaycanDizayn Biennalesi-2025-də təmsil olunub
Mədəniyyət 14:25
AzərbaycanDizayn Biennalesi-2025-də təmsil olunub
Gəncədə “Gəncə Maarif Evi”nin 6 illiyi münasibətilə “OksiFest” festivalı keçirilib
Mədəniyyət 20:36
Gəncədə “Gəncə Maarif Evi”nin 6 illiyi münasibətilə “OksiFest” festivalı keçirilib
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
Mədəniyyət 21:00
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
bp qədim tarixin araşdırılmasına dəstək verir
Mədəniyyət 18:49
bp qədim tarixin araşdırılmasına dəstək verir
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Mədəniyyət 01:22
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol