AŞPA Qarabağ münaqişəsinin həlli ilə bağlı Afinada görüş keçirəcək

13:00 | 30.06.2017
AŞPA Qarabağ münaqişəsinin həlli ilə bağlı Afinada görüş keçirəcək

AŞPA Qarabağ münaqişəsinin həlli ilə bağlı Afinada görüş keçirəcək

"Münaqişələrin həllinə həsr edilən növbəti görüşün Avstriyanın Vyana şəhərində keçirilməsi planlaşdırılırdı.

Təəssüflər olsun ki, mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar olaraq tərəfdaşları bir yerə yığmaq mümkün olmadığı üçün bu görüş təxirə salınıb”.

Anews.az-ın xəbərinə görə, bunu "Report”un Fransa bürosuna açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri, qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax deyib. 

O bildirib ki, bu ilin sentyabrın 25-də Yunanıstan paytaxtı Afina şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək: "Bu görüşdə sülhün yaradılması proseslərində iştirak edən bütün tərəfdaşlar, habelə ATƏT-in Minsk qrupunun üzvlərinin iştirakı nəzərdə tutulub. Görüş zamanı Avropa Şurası məkanında olan 4 münaqişənin həlli ilə bağlı müzakirələr aparılacaq, lakin Dağlıq Qarabağ münaqişəsi prioritet hesab edilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlarda fasilə yaranması Ermənistan parlamentindəki dəyişikliklərlə bağlıdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb